Rusiyalı deputat Plüşenkoya qrant verilməməsini istədi
Rusiyanın Dövlət Dumasının deputatı Dmitri Svişev fiqurlu konkisürmə üzrə olimpiya çempionu Yevgeni Plüşenkonun məktəbinin buz şousu üçün 24,1 milyon rubl (təxminən 510 min manat) məbləğində qrant müraciətini tənqid edib.
Crossmedia.az xəbər verir ki, deputat Plüşenkonun oğlunun Azərbaycan bayrağı altında çıxış etməsini xatırladaraq dövlət dəstəyi istəməsini təəccüblü adlandırıb.
“Plüşenko tanınmış fiqurlu konkisürən, məşqçi və məktəb sahibidir. Amma o, öz övladını başqa ölkə adından yarışmağa göndərir və eyni zamanda dövlətdən qrant istəyir. Bu, həqiqətən də təəccüblüdür”, – deyə Dmitri Svişev bildirib.
Deputat qrantın ayrılması ilə bağlı qərar qəbul edilməzdən əvvəl məsələnin ətraflı araşdırılmasına çağırıb.
09:41 18.07.2026
Oxunuş sayı: 65