Meşə yanğınlarının tüstüsü ABŞ-Kanada gərginliyini artırdı
ABŞ Prezidenti Donald Tramp Kanadadan gələn meşə yanğınlarının tüstüsünə görə bu ölkəyə qarşı gömrük rüsumlarını artıracağı ilə hədələyib.
Crossmedia.az xəbər verir ki, Tramp Kanadada meşələrin lazımi qaydada idarə olunmadığını və meşə qalıqlarının vaxtında təmizlənmədiyini iddia edib. Onun sözlərinə görə, bunun nəticəsində ABŞ-ə “çirkli, zərərli və insan sağlamlığı üçün təhlükəli hava” daxil olur.
ABŞ prezidenti bildirib ki, tüstü nəticəsində bir neçə iri Amerika şəhəri çirklənmiş hava ilə üzləşib və yaranmış vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb.
09:37 18.07.2026
Oxunuş sayı: 72