Tehrandan sərt xəbərdarlıq: ABŞ bazaları birbaşa hədəfə alınacaq
İranın ali lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzai ABŞ-a qarşı sərt bəyanatla çıxış edib.
Crossmedia.az xəbər verir ki, Rzai bildirib ki, əgər ABŞ tərəfindən hücumlar növbəti iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək. Onun sözlərinə görə, bu halda ABŞ-ın hərbi bazaları və hərbçiləri birbaşa hədəfə alınacaq.
“ABŞ bilməlidir ki, ‘müharibə və danışıqlar’ strategiyası çıxılmaz vəziyyətə düşüb və yaxın günlərdə İranın hücumlarının intensivliyi daha da artacaq. Amerikalılar pilotsuz uçuş aparatlarının dalğalarını gözləməlidirlər. Amerika raket dalğalarını gözləməlidir”, – deyə Möhsün Rzai vurğulayıb.
09:32 18.07.2026
Oxunuş sayı: 75