Ukrayna-Polşa münasibətlərində yeni addım: keçmişlə bağlı sənədlər açılır
Ukrayna Prezidenti Volodimir Zelenski Volın hadisələri ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin arxivlərinin açılacağını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna Polşaya axtarış və ekshumasiya işlərinin aparılması üçün əlavə icazələr də təqdim edəcək.
Tərəflər tarixi məsələlərlə bağlı ictimai dialoqu genişləndirməyi və əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.
Bundan əlavə, Ukrayna hakimiyyəti Ukrayna Milli Yaddaş İnstitutunun imkanlarının və maliyyələşdirilməsinin artırılmasını nəzərdə tutur.
22:49 17.07.2026
Oxunuş sayı: 53