Ukraynadan uzaqmənzilli silah iddiası: Gündə 200 dron, 3 raket istehsal edirik
Ukraynanın Fire Point şirkətinin baş konstruktoru Ştilerman ölkənin uzaqmənzilli silah istehsalı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna hazırda gündə üçədək Flamingo qanadlı raketi və təxminən 200 uzaqmənzilli pilotsuz uçuş aparatı istehsal edir.
Ştilerman bildirib ki, Flamingo raketi yük maşınından buraxılır, təxminən 3 min kilometr uçuş məsafəsinə malikdir. Onun sözlərinə görə, bu göstərici müasir versiyalarda təxminən 1,6 min kilometr məsafəyə malik ABŞ-nin Tomahawk qanadlı raketindən daha çoxdur.
Şirkət nümayəndəsi həmçinin qeyd edib ki, Flamingo daha güclü döyüş başlığı daşıyır və sovet təyyarələrindən qalan mühərriklərdən istifadə edilməsi səbəbindən istehsal xərci daha aşağıdır.
Bundan əlavə, Ştilermanın sözlərinə görə, FP-1 uzaqmənzilli dronunun dövlət üçün qiyməti təxminən 55 min dollar təşkil edir ki, bu da Rusiya analoqları ilə müqayisə edilə bilən göstəricidir.
22:41 17.07.2026
Oxunuş sayı: 66