ABŞ-nin Ukrayna üzrə yeni siması məlum oldu
ABŞ-nin yüksək rütbəli diplomatı Sandra Audkirk ölkədə ABŞ-nin müvəqqəti işlər vəkili vəzifəsini icra etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Ukraynadakı səfirliyinin məlumatına görə, Audkirk ABŞ Xarici Xidmətinin yüksək diplomatik korpusunun nümayəndəsi olan karyera diplomatıdır.
O, 30 ildən artıq müddətdə dünyanın müxtəlif ölkələrində ABŞ-nin maraqlarını təmsil edib və diplomatik fəaliyyətində getdikcə daha geniş səlahiyyət və məsuliyyət daşıyan vəzifələrdə çalışıb.
22:33 17.07.2026
Oxunuş sayı: 60