İrandan sərt xəbərdarlıq: Cavabımız həlledici, qeyri-adi və gözlənilməz olacaq
İran vitse-prezidenti Məhəmməd Rza Arif ölkə ərazisinə yönələn hər hansı hücumun İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz kimi qiymətləndiriləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Arif qeyd edib ki, İran ərazisinin hər hansı bir qarışına edilən hücuma cavab həlledici, qeyri-adi və gözlənilməz olacaq.
İran rəsmisi bu açıqlaması ilə ölkənin mümkün hücumlara qarşı sərt mövqedə olduğunu vurğulayıb.
22:16 17.07.2026
Oxunuş sayı: 68