Küveyt Pakistandan hərbi dəstək istəyir?- Yeni təhlükəsizlik planı
Pakistan və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ agentliyinin məlumatına görə, Pakistan və Küveyt daha sıx enerji əməkdaşlığı və investisiyaların artırılması müqabilində müdafiə tərəfdaşlıqlarını genişləndirmək üçün danışıqların ilkin mərhələsindədirlər.
Küveyt Səudiyyə Ərəbistanınınkı kimi Pakistan qoşunlarını, qırıcı təyyarələri, dronları, hava hücumundan müdafiə sistemlərini və digər hərbi dəstəyi əhatə edə biləcək bir təhlükəsizlik sistemi axtarır.
Məlumata görə, Pakistan rəsmiləri döyüş qoşunlarının yerləşdirilməsinin nəzərdən keçirilmədiyini bildirir və danışıqların ilkin mərhələdə olduğunu vurğulayırlar.
22:08 17.07.2026
Oxunuş sayı: 49