Terminatorlar real həyatda- robotlar rinqə çıxdı
Çinin Şenşen şəhərində robotlar arasında qeyri-adi döyüş turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Global Times”ın məlumatına görə, Engine AI şirkəti tərəfindən təşkil olunan Ultimate Robot Knock-out Legend yarışında 10 ölkədən 32 komanda iştirak edib.
Yarışçılar şirkətin istehsalı olan T-800 robotlarından istifadə ediblər. Turnirin ümumi mükafat fondu 1,48 milyon dollar təşkil edib.
Döyüşlərdən biri zamanı robotlardan birinin baş hissəsinin qopduğu bildirilib. Yarış iştirakçıları arasında Kaliforniya və Stenford universitetlərinin komandaları da yer alıb.
21:44 17.07.2026
Oxunuş sayı: 60