Kosmosda aparılan təcrübə xərçənglə mübarizədə yeni dövr başlada bilər
Alimlərin xərçəng hüceyrələri üzərində kosmosda apardığı unikal təcrübə xərçəngin davranışı ilə bağlı yeni məlumatlar ortaya çıxarıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Araşdırma zamanı məlum olub ki, mikroqravitasiya şəraitində xərçəng hüceyrələri Yer şəraitindən daha sürətlə inkişaf edir. Alimlərin müşahidələrinə görə, kosmosda hüceyrələrin ölçüsü cəmi 10 gün ərzində üç dəfə artıb. Tədqiqatçılar bu sürətli böyümənin hüceyrələrin davranışını dəyişdirən mikroqravitasiya ilə əlaqəli olduğunu bildiriblər.
Alimlər xüsusilə xərçəngin təkrarlanması və müalicəyə davamlılığında rol oynayan ADAR1 genini araşdırıblar. Genetik dəyişikliklər vasitəsilə bu genin fəaliyyətinin zəiflədilməsi xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almağa kömək edib.
Tədqiqatda Rebecsinib adlı preparatın ADAR1 genini hədəfləmək baxımından ümidverici nəticələr göstərdiyi qeyd olunub.
Araşdırmaya astronavtlar da töhfə verib. Onlar kök hüceyrələrin analiz edilməsi üçün qan nümunələri təqdim ediblər.
Alimlər bildirirlər ki, əldə olunan nəticələr xərçəng müalicəsində yeni imkanlar aça bilər. Lakin preparat hələ insanlarda istifadə üçün hazır deyil. Tədqiqatçılar yaxın gələcəkdə klinik sınaqlara başlamağı planlaşdırırlar.
08:19 18.07.2026
Oxunuş sayı: 71