Lavrov: Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin potensialını tam reallaşdırmağa doğru irəliləyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin bütün potensialının reallaşdırılması istiqamətində ardıcıl irəliləyiş olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Sergey Lavrov bu fikirləri Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü zamanı səsləndirib.
Lavrovun sözlərinə görə, Rusiya və Azərbaycan ikitərəfli əməkdaşlığın bütün imkanlarını tam şəkildə reallaşdırmağa doğru hərəkət edir.
Nazirlər görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edirlər.
14:20 17.07.2026
Oxunuş sayı: 57