Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb
Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bildirilib ki, fəlsəfə doktoru elmi dərəcəsini 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsini 20 qadın, 20 kişi alıb.
Humanitar sahələrdə (xüsusilə filologiya, pedaqogika) qadınların sayı çoxdur (8 qadın, 2 kişi).
Texnika elmləri və qismən iqtisad sahələrində kişilərin payı daha yüksəkdir (1 qadın, 4 kişi).
13:13 17.07.2026
Oxunuş sayı: 65