ABŞ JASSM və LRASM qanadlı raketlərinin istehsalını 47 faiz artırır
ABŞ Müdafiə Nazirliyi JASSM və LRASM tipli uzaqmənzilli qanadlı raketlərin istehsal həcmini 47 faiz artırmaq qərarı verib.
Crossmedia.az xəbər verir ki, istehsalın artırılması ABŞ-nin yüksək dəqiqlikli uzaqmənzilli silah ehtiyatlarını genişləndirmək və müdafiə sənayesinin imkanlarını gücləndirmək məqsədi daşıyır.
Məlumata görə, qərar çərçivəsində həm quru hədəflərinə qarşı istifadə olunan JASSM (Joint Air-to-Surface Standoff Missile), həm də gəmi əleyhinə nəzərdə tutulmuş LRASM (Long Range Anti-Ship Missile) raketlərinin istehsalı əhəmiyyətli dərəcədə artırılacaq.
Bildirilir ki, istehsalın genişləndirilməsi ABŞ ordusunun döyüş hazırlığının yüksəldilməsi və müttəfiq ölkələrin artan tələbatının qarşılanmasına hesablanıb.
12:24 17.07.2026
Oxunuş sayı: 52