ABŞ zərbələri nəticəsində 38 nəfər ölüb, 400-dən çox insan yaralanıb
ABŞ-nin endirdiyi zərbələr nəticəsində 38 nəfər həlak olub, 400-dən çox insan isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, ABŞ-nin son hərbi zərbələri nəticəsində ölənlərin sayı 38-ə çatıb, 400-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nazirlik yaralıların bir qisminin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə nəticəsində dağıntıların miqyası və zərərçəkənlərin sayı ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.
11:57 17.07.2026
Oxunuş sayı: 57