AfD-nin keçmiş üzvü Rusiya ordusunda alman taboru yaradacağını açıqlayıb
Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının keçmiş üzvü Murat Dadayev Rusiya Silahlı Qüvvələrinin tərkibində almanlardan ibarət tabor yaratmaq niyyətində olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Murat Dadayev bu barədə açıqlama verib.
Onun sözlərinə görə, yaradılması planlaşdırılan hərbi bölmə Rusiya Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərəcək və əsasən alman əsilli şəxslərdən formalaşdırılacaq.
Dadayev təşəbbüsün məqsədi və bölmənin nə vaxt yaradılacağı barədə əlavə məlumat verməyib.
11:56 17.07.2026
Oxunuş sayı: 47