FİFA Argentina millisinin Malvin adaları ilə bağlı bannerini araşdırır
FİFA 2026-cı il dünya çempionatının yarımfinalından sonra Argentina millisinin futbolçularının nümayiş etdirdiyi Malvin (Folklend) adaları ilə bağlı bannerə görə intizam araşdırmasına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "ESPN" FİFA-nın bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Argentina millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəldikdən sonra futbolçular meydanda "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinaya məxsusdur") yazılmış banner açıblar.
FİFA hadisə ilə bağlı intizam araşdırmasına başladığını təsdiqləyib. Qurum araşdırmanın nəticələri ilə bağlı hələlik əlavə məlumat açıqlamayıb.
11:43 17.07.2026
Oxunuş sayı: 48