Alimlər: Xəzər dənizi sürətlə kiçilir
Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri 1996-cı ildən bəri Xəzər dənizinin sahəsinin 7,4 faiz azaldığını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, institutun məlumatına görə, son 30 ilə yaxın müddətdə Xəzər dənizinin sahəsi təxminən 28,6 min kvadrat kilometr kiçilib. Bu göstərici Albaniyanın ərazisi ilə müqayisə olunur.
Alimlər bildiriblər ki, dənizin səviyyəsinin enmə tempi də sürətlənib. Əvvəllər Xəzərin səviyyəsi orta hesabla ildə 8 santimetr azalırdısa, son illərdə bu rəqəm təxminən 23 santimetrə çatıb.
Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq gəmiçiliyə, limanların fəaliyyətinə və sahil zolağına ciddi təsir göstərir.
Proqnozlara əsasən, XXI əsrin sonunadək Xəzər dənizinin səviyyəsi daha 2–21 metr aşağı düşə bilər.
11:23 17.07.2026
Oxunuş sayı: 50