SEPAH ABŞ-nin Suriyadakı xüsusi əməliyyatlar mərkəzinə zərbə endirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Suriyadakı xüsusi əməliyyatlar üzrə komanda mərkəzinə zərbə endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
SEPAH-ın məlumatına görə, hücum nəticəsində ABŞ qüvvələrinə məxsus radiolokasiya stansiyası və helikopterlər məhv edilib.
Bundan əvvəl "Tasnim" agentliyi İran ordusunun Bəhreyndə yerləşən ABŞ hərbi hava bazasına da pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini iddia etmişdi. Bildirilirdi ki, həmin bazada ABŞ-yə məxsus helikopterlər və kəşfiyyat təyyarələri yerləşirdi.
ABŞ tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
10:46 17.07.2026
Oxunuş sayı: 54