Babala TV-nin təsisçisi Oğuzxan Uğur saxlanılıb
Türkiyədə Babala TV-nin təsisçisi Oğuzxan Uğur saxlanılıb.
Crossmedia.az xəbər verir ki, o, "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Xatırladaq ki, "Ahbap" Dərnəyinin sədri, müğənni Haluk Levent də iyulun 12-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə indiyədək bu iş çərçivəsində 18 nəfər tutulub.
10:38 17.07.2026
Oxunuş sayı: 97