ABŞ Bəndər-Abbasda beş körpünü raket zərbələri ilə məhv edib
İran dövlət televiziyası ABŞ hərbçilərinin Bəndər-Abbas şəhərində yerləşən beş körpünü raket zərbələri ilə vurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri iyulun 17-nə keçən gecə İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda yerləşən beş körpünü raket zərbələri ilə məhv edib.
"Ötən gecə Bəndər-Abbasdakı beş körpü ABŞ tərəfindən məhv edilib", – deyə İran dövlət telekanalının məlumatında bildirilir.
09:57 17.07.2026
Oxunuş sayı: 56