Rusiya MN: Odessa və Çornomorsk limanlarına zərbələr endirilib
Ötən gecə Ukraynanın Odessa və Çornomorsk limanlarına zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin təchizatında istifadə olunduğu iddia edilən mühüm logistika qovşaqları, pilotsuz uçuş aparatlarının istehsal məntəqələri və yanacaq-sürtkü materialları anbarları vurulub.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Çornomorsk limanında yanğınsöndürmə katerinə də zərbə endirildiyini iddia edib.
09:42 17.07.2026
Oxunuş sayı: 54