Süni intellekt 2 min illik sirri açıb
Təxminən 2 min il əvvəl eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Herculaneum şəhərində tapılan qədim papiruslar yanğın və vulkan külü səbəbindən oxunmaz hala düşmüşdü.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İtaliyalı alimlər indi bu mətnləri bərpa etmək üçün süni intellekt və qabaqcıl infraqırmızı görüntüləmə texnologiyalarından istifadə edirlər.
Araşdırmalar nəticəsində qədim yunan filosofu Platonun həyatının son günləri ilə bağlı yeni məlumatlar əldə olunub. Alimlər onun 81 yaşında vəfat etməzdən əvvəlki fəaliyyəti və dəfn olunduğu yer barədə indiyədək məlum olmayan faktları üzə çıxarıblar.
Layihəyə rəhbərlik edən Piza Universitetinin professoru Qratsiano Ranokkianın sözlərinə görə, bu texnologiya Platonun Akademiya yaxınlığındakı məzar yerini müəyyənləşdirməyə imkan verib və gələcəkdə hələ də oxunmayan digər qədim papirusların deşifrə edilməsinə də kömək edə bilər.
07:40 17.07.2026
Oxunuş sayı: 53