Cənubi Koreyada 14 yaşadək uşaqlara sosial şəbəkə qadağası tətbiq oluna bilər
Cənubi Koreya hakimiyyəti 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyanın Kütləvi İnformasiya Vasitələri və Rabitə Komissiyasının sədri Kim Çon Çxol bildirib ki, 14 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasının qadağan edilməsi nəzərdən keçirilir.
Onun sözlərinə görə, 14-19 yaş arası yeniyetmələrin sosial şəbəkələrdən həddindən artıq istifadəsini təşviq edən alqoritmlərin təsirinin məhdudlaşdırılması da planlaşdırılır.
Kim Çon Çxol vurğulayıb ki, təşəbbüs uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır.
16:34 16.07.2026
Oxunuş sayı: 51