Ukraynada yeni hökumətin tərkibi açıqlanıb
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk parlamentdə səsverməyə çıxarılacaq yeni hökumətin tərkibini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ruslan Stefançuk bu barədə "Facebook" səhifəsində paylaşım edib.
Məlumata görə, Denis Şmıqal baş nazirin birinci müavini və energetika naziri, Tatyana Berejna baş nazirin humanitar siyasət üzrə müavini və mədəniyyət naziri, Vsevolod Çenkov isə Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə baş nazirin müavini vəzifələrinə namizəd göstərilib.
Stefançukun sözlərinə görə, Viktor Lyaşkonun səhiyyə naziri, Sergey Marçenkonun isə maliyyə naziri vəzifəsini tutacağı gözlənilir.
16:20 16.07.2026
Oxunuş sayı: 49