Zelenski Kir Starmeri Ukraynanın "Azadlıq" ordeni ilə təltif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın istefa verən baş naziri Kir Starmeri Ukraynanın ali dövlət mükafatlarından biri olan "Azadlıq" ordeni ilə təltif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Məlumata görə, Kir Starmer Ukrayna-Böyük Britaniya münasibətlərinin inkişafına verdiyi mühüm töhfəyə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə "Azadlıq" ordeni ilə mükafatlandırılıb.
15:49 16.07.2026
Oxunuş sayı: 62