Peskov: Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndiririk
Rusiya Türkiyənin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olmasını yüksək qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Türkiyənin Ukrayna münaqişəsinin sülh məcrasına çıxarılması istiqamətində göstərdiyi vasitəçilik təşəbbüslərinə görə Ankaraya minnətdardır.
Bununla yanaşı, Peskov qeyd edib ki, hazırda Ukrayna üzrə sülh danışıqlarının qısa müddətdə bərpa olunacağına dair real perspektiv görünmür.
15:11 16.07.2026
Oxunuş sayı: 53