Ukrayna XİN: Zelenski Ankara görüşünə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Ankarada görüş keçirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı real təklifləri var və Kiyev sülhə nail olmaq niyyətindədir.
Sibiqa qeyd edib ki, Ukrayna ABŞ-nin iştirakı ilə davam edən sülh təşəbbüslərinə sadiqdir və Avropanın bu prosesdə daha fəal rol oynayacağına ümid edir.
O vurğulayıb ki, Ukrayna atəşkəsə hazırdır və hazırkı şəraitdə danışıqlara başlamağın, diplomatiyanı maksimum səviyyədə işə salaraq müharibəyə son qoymağın vaxtı çatıb. Həmçinin bildirib ki, Prezident Volodimir Zelenski Vladimir Putinlə Ankarada görüş keçirməyə hazırdır.
15:06 16.07.2026
Oxunuş sayı: 60