ABŞ Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq silah satacaq
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına raketlər üçün 20 minədək tuşlama dəstinin mümkün satışını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, razılaşmanın ümumi dəyərinin təxminən 2 milyard dollar olduğu bildirilir.
Məlumata görə, Vaşinqton Ər-Riyada raketlər üçün tuşlama sistemləri ilə yanaşı, əlavə hərbi-texniki avadanlıqlar da təqdim etməyə hazırlaşır.
Paketə LAU-131 A/A buraxılış qurğuları, Mk-152 döyüş başlıqları, eləcə də digər avadanlıq və sistemlərin daxil olduğu qeyd olunur.
ABŞ Müdafiə Nazirliyinin müvafiq qurumu və Səudiyyə Ərəbistanı arasında mümkün satışla bağlı proses davam edir.
13:47 16.07.2026
Oxunuş sayı: 69