Argentina millisinin futbolçuları "Malvin adaları Argentinanındır" banneri açıb
İngiltərə üzərində qələbədən sonra Argentina millisinin futbolçuları meydanda Malvin (Folklend) adaları ilə bağlı siyasi məzmunlu banner nümayiş etdiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Infobae" qəzeti məlumat yayıb.
Məlumata görə, futbolçular meydanda "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinanındır") yazılmış banner açıblar.
Argentinada Malvin adaları adlandırılan Folklend arxipelaqı Böyük Britaniyanın dənizaşırı ərazisi hesab olunur. Buenos-Ayres 1982-ci ildə baş vermiş və Londonun qələbəsi ilə başa çatan müharibədən sonra da adalar üzərində suverenlik iddiasını davam etdirir.
Nəşrin yazdığına görə, Argentina hakimiyyəti yarımfinal oyunu öncəsi azarkeşlərə siyasi şüarlar nümayiş etdirməyi qadağan etsə də, bu məhdudiyyət futbolçulara şamil olunmayıb.
10:26 16.07.2026
Oxunuş sayı: 68