Cankoyda mobil rabitəyə gündə cəmi 8 saat icazə veriləcək
Rusiyanın işğalı altında olan Krımın Cankoy şəhərində mobil rabitə və internetə çıxış gündə yalnız 8 saat təmin ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Krımın qondarma "hökuməti" məlumat yayıb.
Məlumata əsasən, mobil rabitə və internetə çıxış hər gün saat 08:00–12:00 və 14:00–18:00 aralığında aktiv olacaq.
Sakinlərə zənglərini və internetdən istifadəni bu qrafikə uyğun planlaşdırmaları tövsiyə edilib.
10:17 16.07.2026
Oxunuş sayı: 54