Argentina millisinin DÇ-2026-dan kənarlaşdırılması tələbi ilə petisiyaya 10 milyon imza toplanıb
DÇ-2026-nın hazırkı çempionu olan Argentina millisinin turnirdən kənarlaşdırılması tələbi ilə başladılan petisiya 10 milyon imza toplayıb.
Crossmedia.az xəbər verir ki, petisiya müəllifləri FIFA-nı və hakimləri Argentina millisinə qarşı qərəzsiz davranmamaqda ittiham edirlər.
Onların iddiasına görə, turnir ərzində hakim qərarları və bəzi epizodlar hazırkı dünya çempionunun xeyrinə olub və komandaya üstünlük qazandırılıb.
Petisiyada bu səbəbdən Argentina millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olunur.
Qeyd edək ki, FIFA məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
09:53 16.07.2026
Oxunuş sayı: 57