ABŞ-də Donald Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılacaq
ABŞ Maliyyə Nazirliyi ölkənin 250 illik müstəqillik yubileyi çərçivəsində yeni 1 dollarlıq qızıl sikkənin istehsalına başlanacağını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, yeni qızıl sikkənin üzərində ABŞ Prezidenti Donald Trampın təsviri yer alacaq.
"Amerika müstəqilliyinin 250 illiyini qeyd edərkən, Sikkəxana azadlığın sönməz irsini və vətənpərvərliyin əbədi rəmzini əks etdirən yeni 1 dollarlıq qızıl sikkənin zərbinə başlayacaq. Sikkənin üzərində Prezident Trampın təsviri olacaq", – deyə Bessent bildirib.
Hələlik sikkənin tirajı, dövriyyəyə buraxılacağı tarix və digər texniki xüsusiyyətləri barədə əlavə məlumat verilməyib.
09:56 16.07.2026
Oxunuş sayı: 63