Zelenskinin qarşısında çətin seçim: Fedorov, yoxsa Sırski?
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi qeydiyyat və çağırış mərkəzləri islahatının uğursuz həyata keçirilməsində Mixail Fedorovu günahlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, Zelenski Ukraynanın müdafiə naziri Mixail Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında seçim edə bilmədiyini bildirib.
Hadisə Ukraynada hərbi idarəetmə və çağırış sistemində aparılan dəyişikliklərlə bağlı müzakirələr fonunda baş verib.
22:38 15.07.2026
Oxunuş sayı: 62