Krımda rabitə böhranı: Mobil əlaqə gündə cəmi 8 saat olacaq
İşğal olunmuş Krımın Cankoy şəhərində mobil rabitənin fəaliyyətinə məhdudiyyət tətbiq ediləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, mobil rabitəyə çıxış gündə 8 saat açıq olacaq. Xidmətlər səhər saat 08:00-dan 12:00-dək, daha sonra isə 14:00-dan 18:00-dək aktiv olacaq.
Sakinlərdən zəng və internet istifadəsini bu qrafikə uyğun planlaşdırmaları xahiş edilib.
22:08 15.07.2026
Oxunuş sayı: 48