Rusiyada sürücüləri sevindirən qərar: Parklanma cərimələri silinəcək
- Rusiya Daxili İşlər Nazirliyi yanacaqdoldurma məntəqələrində yaranan benzin növbələri səbəbindən Dayanmaq qadağandır nişanının qüvvədə olduğu ərazilərdə verilən parklanma cərimələrinin ləğvi ilə bağlı qərar qəbul edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, sürücülərin yanacaqdoldurma məntəqələrində yaranan sıxlıq və növbələr səbəbindən qayda pozuntusuna yol verdiyi hallarda tətbiq edilən cərimələrə yenidən baxılacaq.
21:28 15.07.2026
Oxunuş sayı: 55