Çin ABŞ-nin Rusiya enerji daşıyıcılarının alıcılarına qarşı sanksiya təşəbbüsünü rədd edib
Çin ABŞ-də Rusiyadan neft və təbii qaz alan ən iri idxalçılara qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsinə kəskin etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan brifinqdə çıxışı zamanı bildirib ki, Pekin beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyaları qəti şəkildə rədd edir.
Onun sözlərinə görə, Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Lin Tszyan vurğulayıb ki, ABŞ-də irəli sürülən qanun layihəsi Rusiyadan neft və təbii qaz alan ən böyük idxalçılara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
15:34 15.07.2026
Oxunuş sayı: 51