ABŞ-nin Hörmüz boğazı və Fars körfəzi üzərində hava fəaliyyəti davam edir
ABŞ-nin hərbi təyyarələrinin Hörmüz boğazı və Fars körfəzi üzərində uçuşları davam edir.
Crossmedia.az xəbər verir ki, "Flightradar24" platformasının məlumatlarında bu barədə məlumat yer alıb.
Məlumata görə, bir qədər əvvəl ABŞ-nin beş yanacaq dolduran hərbi təyyarəsi Fars körfəzi üzərində əməliyyat xarakterli uçuş həyata keçirib.
"Flightradar24" platformasında əks olunan məlumatlara əsasən, sözügedən təyyarələr Qətərdə yerləşən Əl-Udeyd və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əz-Zəfrə aviabazalarından havaya qalxıblar.
ABŞ tərəfi təyyarələrin missiyası və həyata keçirilən əməliyyatın məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
14:40 15.07.2026
Oxunuş sayı: 54