İran parlamentində ABŞ-a qarşı sərt çağırış: Memorandumun ləğvi tələb olunur
İran parlamentinin təxminən 180 üzvü ABŞ-a qarşı cavab tədbirlərinin görülməsini tələb edən bəyanat qəbul edib.
Crossmedia.az xəbər verir ki, İran KİV-ləri bu barədə məlumat yayıb.
Bəyanatda ABŞ ilə imzalanmış Anlaşma Memorandumunun ləğv edilməsi tələb olunur.
Parlament üzvləri, həmçinin ABŞ ilə aparılan danışıqların gedişatını qiymətləndirmək üçün xüsusi komissiyanın yaradılmasına çağırıblar.
Bundan əlavə, bəyanatda Hörmüz boğazının idarə olunması ilə bağlı qanunun qəbul edilməsi və İran İslam Respublikasının Silahlı Qüvvələrinə hərtərəfli dəstəyin göstərilməsi tələb edilib.
15:07 15.07.2026
Oxunuş sayı: 61