Pakistan Ordusunun komandanı Türkiyədə yüksək dövlət mükafatı ilə təltif edilib
Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir Türkiyəyə səfəri zamanı "Fövqəladə xidmətlərə görə" medalı ilə təltif olunub.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bu barədə məlumat yayıb.
Məlumata görə, Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir Türkiyəyə rəsmi səfəri çərçivəsində "Fövqəladə xidmətlərə görə" medalı ilə təltif edilib.
Bildirilib ki, mükafat Türkiyə ilə Pakistan arasında strateji əməkdaşlığın inkişafına və ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təqdim olunub.
14:37 15.07.2026
Oxunuş sayı: 44