Rusiyada yanacaqdoldurma məntəqəsində növbə üstündə atışma olub
Rusiyanın Çelyabinsk şəhərində yanacaqdoldurma məntəqəsində növbə üstündə yaranan mübahisə silahlı insidentlə nəticələnib.
Crossmedia.az xəbər verir ki, "Baza" bu barədə məlumat yayıb.
Məlumata görə, sürücülərdən biri növbəni pozaraq yanacaq doldurma kolonkasına yaxınlaşmağa cəhd edib. Digər sürücünün iradından sonra o, travmatik tapançadan atəş açıb.
Açılan atəş nəticəsində güllə zərərçəkənin qarın nahiyəsinə dəyib. Hadisədən sonra silahlı şəxs qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb.
Bildirilir ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, atışma zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində uşaqlar da olub.
14:35 15.07.2026
Oxunuş sayı: 49