Rusiya neft böhranı ilə üzləşib, xam neft ehtiyatları artır
Rusiyanın neft emalı zavodlarına davam edən hücumlar ölkədə gözlənilməz vəziyyət yaradıb: hasilat davam etsə də, neftin emalı getdikcə çətinləşir.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiyada neft emalının həcmi iyul ayında son 20 ildən çox müddət ərzində ən aşağı səviyyəyə düşüb.
Bunun nəticəsində Moskva xam neft ixracını artırmağa məcbur qalıb. Lakin mövcud həcmlərin hamısını satmaq mümkün olmur.
"Bloomberg" yazır ki, bəzi neft tankerləri həftələrlə dənizdə gözləməli olur. Rusiya nefti Misir sahilləri yaxınlığında, Sinqapur ətrafında və Rusiyanın Uzaq Şərq limanları bölgəsində toplanır, alıcı gözləyir və ya digər tankerlərə yüklənməsi üçün saxlanılır.
Məlumata görə, neft ixracından əldə olunan gəlirlər bir həftə ərzində təxminən 200 milyon dollar azalıb.
13:48 15.07.2026
Oxunuş sayı: 59