Zelenski Svırydenko, Şmıqal və "Madyar"ı ordenlərlə təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra yüksək vəzifəli şəxsləri və hərbçiləri dövlət ordenləri ilə təltif edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
Ukrayna Prezidentinin Ofisinin saytında yayımlanan sərəncamlara əsasən, keçmiş Baş nazir Yuliya Svırydenko və energetika naziri Denis Şmıqal V dərəcəli Knyaz Yaroslav Müdrinin ordeni ilə təltif olunublar.
Sənədlərdə qeyd olunub ki, mükafatlandırma onların dövlət qarşısındakı xidmətləri və ölkənin inkişafına verdikləri töhfələrlə əlaqədardır.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi isə I dərəcəli Boqdan Xmelnitski ordeni ilə təltif edilib.
Bu orden Ukraynanın ən yüksək hərbi mükafatlarından biri hesab olunur və xüsusi cəsarət, qoşunların uğurlu idarə olunması, eləcə də dövlətin müdafiəsində göstərilən mühüm xidmətlərə görə təqdim edilir.
13:54 15.07.2026
Oxunuş sayı: 56