Aİ Ukraynaya Çin istehsalı dron komponentləri almağa icazə verdi
Avropa İttifaqı(Aİ) Ukraynaya müdafiə məqsədilə ayrılan kredit vəsaitlərinin bir hissəsi hesabına Çin istehsalı pilotsuz uçuş aparatları (PUA) üçün bəzi komponentləri almağa icazə verib.
Crossmedia.az xəbər verir ki, "Financial Times" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev Aİ ilk müdafiə tranşı çərçivəsində ayrılan 5,9 milyard avro vəsaitin müəyyən hissəsini Çin istehsalı olan PUA komponentlərinin alınmasına yönəldə biləcək.
Əvvəlcə proqramın şərtlərinə əsasən, bu maliyyə yalnız Avropa İttifaqı ölkələri, Ukrayna və ya tərəfdaş dövlətlərdə istehsal olunan müdafiə məhsullarının alınmasına sərf edilməli idi.
Lakin bəzi zəruri komponentlərin Avropa istehsalçıları tərəfindən tələb olunan həcmdə və qısa müddətdə təmin edilə bilməməsi səbəbindən bu qaydaya istisna tətbiq olunub.
Qeyd olunur ki, qərar Ukraynanın pilotsuz uçuş aparatları sahəsində ehtiyaclarını daha operativ şəkildə ödəməsinə imkan vermək məqsədi daşıyır.
13:43 15.07.2026
Oxunuş sayı: 57