ABŞ-nin Küveytdəki əsas logistika mərkəzinin məhv edildiyi iddia olunur
Sosial şəbəkələrdə peyk görüntüləri əsasında Küveytin "Minə Abdullah" bölgəsində yerləşən və "KGL" şirkətinə məxsus anbarın zərbə nəticəsində tamamilə məhv edildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Məlumata görə, yayımlanan peyk görüntülərində "KGL" şirkətinə məxsus, "Minə Abdullah" bölgəsində yerləşən anbar əks olunub. İddia edilir ki, bu obyekt ABŞ ordusunun Qərbi Asiyadakı əsas logistika və təminat mərkəzlərindən biri olub.
Məlumatda anbarın hədəfə alındığı və zərbə nəticəsində tamamilə məhv edildiyi bildirilir.
10:43 15.07.2026
Oxunuş sayı: 52