Odessa və vilayətdə güclü partlayışlar: ölənlər var
Ukraynanın Odessa şəhəri və vilayətində güclü partlayışlar baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, səhər saatlarında endirilən zərbə nəticəsində üç nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
Məlumata görə, Odessa və vilayətdə bir neçə partlayış qeydə alınıb. Rusiyayönümlü "Telegram" kanalları zərbələrin guya "Neptun" və "Flaminqo" raket komplekslərinin buraxılış qurğularına, eləcə də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları buraxdığı iddia edilən "Şkolnıy" aerodromu ətrafına endirildiyini yazır. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Odessa hakimiyyəti səhər saatlarında endirilən zərbə nəticəsində üç nəfərin öldüyünü bildirib.
Bundan əlavə, Rusiyanın Jitomir vilayətinin Malın şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinə də zərbə endirdiyi bildirilir. Hadisənin nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
10:39 15.07.2026
Oxunuş sayı: 61