SEPAH: ABŞ bazalarına zərbələr qəti qələbəyədək davam edəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı hücumların davam etdiriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
SEPAH-ın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, ABŞ atəşkəs rejiminin şərtlərini pozduqdan sonra qurum bölgədə yerləşən Amerika hərbi bazalarına pilotsuz uçuş aparatları ilə altı dəfə zərbə endirib.
Açıqlamada vurğulanıb ki, bu əməliyyatlar qəti qələbəyədək davam etdiriləcək.
09:16 15.07.2026
Oxunuş sayı: 60