Kosmosdan gələn görüntülər sosial şəbəkələrdə gündəm oldu
Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən ˝TASS˝-ın xüsusi müxbiri Sergey Kud-Sverçkov Soyuz MS-29 pilotlu kosmik gəmisinin stansiyaya yaxınlaşma anını əks etdirən görüntüləri paylaşıb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Kadrlarda kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkəti və yaxınlaşma prosesi əks olunub.
Qeyd edək ki, Soyuz MS-29 kosmik gəmisi BKS-ə yeni ekipajın çatdırılması üçün nəzərdə tutulub.
23:03 14.07.2026
Oxunuş sayı: 51