Tramp Netanyahunu İsrail qoşunlarını geri çəkməsi üçün təhdid etdi
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya ölkə qoşunlarının Livan və Suriyadan çıxarılması ilə bağlı çağırış edib.
Crossmedia.az xəbər verir ki, “Axios” -un məlumatına görə, Tramp Netanyahunu xəbərdar edib ki, İsrail hərbçilərinin Suriyadakı mövcudluğu gərginlik yaradır və eskalasiyaya səbəb ola bilər.
Məlumata əsasən, ABŞ lideri regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailin hərbi mövcudluğunu azaltmasını istəyir.
İsrail və ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
22:53 14.07.2026
Oxunuş sayı: 52