ABŞ-İran savaşı hava yollarına da təsir etdi- Avropa ölkələrindən xəbərdarlıq
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaması ilə əlaqədar aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanından uçuşları dayandırmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, agentliyin açıqlamasında bildirilib ki, tövsiyə iyulun 29-dək qüvvədə olacaq. Lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq bu müddətə yenidən baxıla bilər.
Qeyd edək ki, çərşənbə axşamına keçən gecə ABŞ hərbçiləri İrana qarşı növbəti zərbə endirib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyn və İordaniyadakı obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
22:43 14.07.2026
Oxunuş sayı: 59