Ukrayna Fransadan yüz milyonlarla dollarlıq hərbi imkan əldə edir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Fransa Ukraynaya hərbi dəstəyi artırır və yeni silah tədarükləri həyata keçirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər veriri.
Zelenskinin sözlərinə görə, Ukrayna SCALP raketləri, AASM bombaları, eləcə də İtaliya ilə birgə Aster 30 raketlərinin istehsalı üçün lisenziyalar əldə edir.
O qeyd edib ki, Fransa Ukrayna və digər tərəfdaşlarla birlikdə FREYJA antiraket proqramı çərçivəsində də əməkdaşlıq edəcək.
Ukrayna ilk olaraq Fransa və İtaliyanın birgə istehsal etdiyi gücləndirilmiş SAMP/T NG zenit-raket komplekslərini əldə edəcək. Zelenskinin sözlərinə görə, bu sistemlər ballistik raketlərə qarşı effektiv müdafiə vasitələri hesab olunur.
Bundan əlavə, Fransa bu il ərzində Ukraynanın müdafiəsini gücləndirmək üçün iki SAMP/T kompleksi təqdim edəcək. Fransa və İtaliya isə Aster 30 raketlərinin tədarükünü oktyabr ayınadək sürətləndirəcək.
Zelenski bildirib ki, Ukrayna Hərbi Hava Qüvvələri üçün ilk 16 Rafale qırıcı təyyarəsinin alınması da planlaşdırılır. Bu təyyarələr üçün pilot və texniki heyətin Fransada hazırlanmasına bu il başlanacaq. Daha sonra ilk dörd Rafale təyyarəsinin Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.
21:58 14.07.2026
Oxunuş sayı: 41